Gimnastlarımızdan beynəlxalq turnirdə qızıl medal
12.05.2026 - 12:22
Portuqaliyanın Portimao şəhərində bədii gimnastika beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, turnirdə ölkəmizi böyüklər yaş kateqoriyasında Gövhər İbrahimova, Fidan Qurbanlı, Kamilla Seyidzadə, gənclər yaş kateqoriyasında Azadə Atakişiyeva və Nuray Muradlı təmsil ediblər.
Gənclər arasındakı mübarizədə Azadə Atakişiyeva və Nuray Muradlı komanda hesabında 94.000 xalla Amerika və İtaliyanı geridə qoyaraq qızıl medalın sahibi olublar.
Fərdi proqramda top ilə Azadə Atakişiyeva 25.500 xalla qızıl, Gövhər İbrahimova isə 25.900 xalla gümüş medal əldə edib.
- Azərbaycan komandası "European Gym for Life Challenge" festivalında birinci olub
- Gimnastlarımızdan Dünya kubokunda qızıl medal
- Bu gün batut və tamblinq üzrə ölkə çempionatı start götürəcək
- Azərbaycan gimnastları Dünya Kuboku və AGF Trophy yarışlarında üç qızıl medal qazanıblar
- Azərbaycanın akrobatika gimnastları Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar
0
0