Gimnastlarımızdan uğurlu çıxış - 4 final
28.06.2025 - 15:51

Polşanın Rjeşov şəhərində akrobatika üzrə Dünya kuboku keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan idmançıları yarışa uğurla start veriblər.
Təsnifat mərhələsindən sonra bütün təmsilçilərimiz finala yüksəliblər.
Milana Əliyeva - Sabir Ağayev qarışıq cütlüyü, Murad Rəfiyev - Daniel Abbasov kişi dueti, Rəsul Seyidli, Riad Səfərov, Seymur Cəfərov və Abdulla Əl-Meşaihidən ibarət kişilər qrupu və Nəzrin Zeyniyeva, Anahita Bəşirli və Zöhrə Rəşidovadan ibarət qadınlar qrupu medallar uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, yarışda 13 ölkədən 110-dan çox akrobat iştirak edir.
- Selcan Mahsudova: “Olimpiya medalını qazanmaq əsas hədəfimdir”
- Alina Kabayevanın “Nebesnaya qratsiya” akademiyası III MDB Oyunlarında
- Təmsilçilərimizdən iki medal
- Gimnastika üzrə Azərbaycan birinciliyində ilk günün qalibləri bəlli olub
- Tofiq Əliyev: "Bir göz qırpımında tamblinq cığırı ilə tək qalıram" - MÜSAHİBƏ
0
0