Litvinoviç Bakıda da çempion oldu
23.02.2025 - 18:52
Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya kubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, bu ada ikiqat Olimpiya çempionu İvan Litvinoviç sahib çıxıb.
O, finalda 65,950 xal toplayıb. Bu, neytral bayraq altında yarışan idmançıya bütün rəqiblərini qabaqlamağa imkan verib.
Ryusei Nishioka (Yaponiya) gümüş, Stanislav Yaskeviç (neytral idmançı) isə bürünc medal qazanıblar.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
0
0