Rusiyadakı beynəlxalq yarışda ölkəmizi təmsil edəcək gimnastlar müəyyənləşib
24.06.2024 - 17:56
Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” 8-ci Beynəlxalq İdman Oyunlarında iştirak edəcək Azərbaycanın bədii gimnastları bəlli olub.
Azərbaycan Gimnastika Federasiyasından apasport.az-a verilən məlumata görə, turnirdə ölkəmizi Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcəklər.
Səbinə Hacıyeva isə yarışda hakim kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Asiya uşaqları” turniri iyunun 26-dan iyulun 6-dək davam edəcək.
- Bakıda keçirilən "Winter Fairytale" beynəlxalq turniri başa çatıb - FOTO
- Tofiq Əliyev yenidən beynəlxalq gimnastika liqasının qalibi olub - VİDEO
- Gimnastların Bakı birinciliyi başa çatıb
- Fərid Qayıbov yenidən Avropa Gimnastikasının prezidenti seçilib
- Bədii gimnastika üzrə Bakı çempionatı start götürüb
0
0