Təmsilçilərimizdən 9 medal
01.03.2025 - 21:21
Azərbaycan bədii gimnastları İstanbulda "Ritmika Cup" keçirilən beynəlxalq turnirdə uğurlu çıxış ediblər.
Apasport.az xəbər verir ki, "Ocaq Sport" klubunun idmançıları 9 qızıl medala sahib çıxıblar.
Mişel Aniskina topla və halqada çoxnövçülükdə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.
Suada İskakova, Nigar Məmmədzadə və Çilənay Həbibli gürzlərlə çıxışda bütün rəqiblərini qabaqlayıblar.
Arina Bağırzadə və Fərəh Nəsrullayeva topla, Firuza Məmmədova isə halqada qızıl medala layiq görülüblər.
- Dünya kubokunda final: Gimnastlarımız üçün medal şansı
- Akrobatika və aerobika gimnastikası üzrə beynəlxalq turnirdə ikinci gün başa çatıb
- Gimnastlarımız Avropa çempionatında iştirak edib
- Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
- Bakıda keçiriləcək akrobatika gimnastikası üzrə Dünya Kubokunda 11 ölkə iştirak edəcək
0
0