İyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U20 Avropa çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, qitə birinciliyində açılışı yunan-Roma güləşi üzrə millinin üzvləri edəcək.
Böyük məşqçi Turac Hüseynli, məşqçilər Emin Əhmədov, Həsən Əliyev və Elvin Mürsəliyevin rəhbərliyi altında Emin Cavadlı (55 kq), Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq), Roman Kərimov (67 kq), Kamran Rəcəbli (72 kq), Cavidan Nehmətov (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), Mahir Qurbanlı (97 kq) və Museyi-Kazim Hüseyn (130 kq) Skopye arenasında mübarizə aparacaq.
Daha sonra qadın güləşi üzrə qarşılaşmalar baş tutacaq. Baş məşqçi əvəzi Toğrul Əsgərov və böyük məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Nəzrin Əhmədli (50 kq), Esra Məmmədli (53 kq), Qaratel Quliyeva (55 kq), Günay Qurbanova (59 kq), Ruzanna Məmmədova (62 kq) və Zəhra Kərimzadə (72 kq) ölkəmizi təmsil edəcək.
Yarışın sonlarında böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Muhamməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq), Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə (79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) uğur qazanmağa çalışacaq.
“Skopye Arena”da keçiriləcək yarışın gündüz seansının görüşləri Bakı vaxtı ilə 12:30-da, axşam seansının qarşılaşmaları isə 20:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatında ədaləti I dərəcəli hakimlər Əli Babayev və Həbib Nurulu qoruyacaq.
- Azərbaycanın altı çimərlik güləşçisi Dünya Seriyasının III mərhələsində iştirak edəcək
- Azərbaycan Güləş Federasiyasında yeni komitə təsis edilib
- Azərbaycan Güləş Federasiyası MÜTDA ilə birlikdə yeni layihəyə start verib
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib