Albaniyanın paytaxtı Tiranda keçirilən Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi döşək üzərinə çıxıb.
Yarışın üçüncü günündə Həsrət Cəfərov (67 kq) finalda Türkiyə təmsilçisi Murat Fıratla qarşılaşıb. O, rəqibinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Qurban Qurbanov (82 kq) isə eyni raundda UWW təmsilçisi Adlet Tyulyubaevlə qarşılaşıb. O, qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Nihat Məmmədli (60 kq) isə bürünc medal uğrunda UWW təmsilçisi Suner Konunovla üz-üzə gəlib. O, rəqibindən güclü olaraq medala sahib çıxıb.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Rəşad Məmmədov (55 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib