Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.
Ceyhun Allahverdiyev (61 kq), Ağanəzər Novruzov (74 kq), Vasif Xudiyev (86 kq), Ali Tsokayev (92 kq) və Yusif Dursunov (125 kq) gücünü sınayacaq. Vasif Bağırov (57 kq) və Səbuhi Əmiraslanov (79 kq) qızıl medal görüşünə çıxacaq, Musa Ağayev (65 kq) və Zəfər Əliyev (97 kq) bürünc mükafat uğrunda yarışacaq, Ramik Heybətov (70 kq) isə təsəlliverici raundda mübarizə aparacaq.
Qeyd edək ki, qitə birinciliyi martın 15-də yekunlaşacaq.
- AÇ: Qurban Qurbanov və Həsrət Cəfərov Avropa çempionu oldu - YENİLƏNİB
- Günay Qurbanova üçün bürünc şansı - YENİLƏNİR
- Rəşad Məmmədov: “Biz onunla yenidən qarşılaşacağıq”
- İslam Abbasov: “Çatışmazlıqları qarşıdakı yarışlarda aradan götürməyə çalışacağıq”
- Türkiyəli güləşçidən rekord - 13-cü dəfə Avropa çempionu