Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb
21.11.2025 - 17:45
Azərbaycan güləşçisi İslam Oyunlarında qızıl medal qazanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada keçirilən VI İslam Həmrəyliyi Oyunlarında güləş yarışları davam edir.

Apasport.az xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində mübarizə aparan Arseniy Djioyev final matçına çıxıb.

İdmançımız həlledici qarşılaşmada rəqibinə 5:0 hesabı ilə qalib gələrək İslamiadanı qızıl medalla başa vurub.

Digər təmsilçimiz Maqomedxan Maqomedov (97 kq) rəqibi görüşə çıxmadığı üçün avtomatik olaraq bürünc medal qazanıb.

Qeyd edək ki, digər təmsilçilərimizdən Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq.