Sabah Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə U17 dünya çempionatı keçiriləcək.
Apasport.az xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edəcək.
Oğlanların mübarizəsində Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq), Elvin Hacıquliyev, Nihad Süleymanlı (hər ikisi 80 kq), Möhlət Qasımov və Elgün Kərimli (hər ikisi 90 kq) çıxış edəcək.
İlk dəfə təmsil olunacağımız qızların yarışında isə Ülviyyə Musayeva (55 kq) və Rəna Nuriyeva (65 kq) uğurlu debüt etməyə çalışacaq.
Dünya çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib