DÇ: Əli Cavadlı finala yüksəldi - İranlı rəqibi görüşə çıxmadı
28.07.2026 - 17:13
Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimizin yarımfinaldakı rəqibi, İran təmsilçisi Esmaeili görüşə çıxmadığı üçün Əli Cavadlı birbaşa həlledici mərhələyə yüksəlib.
Təmsilçimiz sabah qızıl medal uğrunda final görüşünə çıxacaq.
Qeyd edək ki, Əli Cavadlı mundiala 1/8 finalda Bolqarıstan təmsilçisi Oqnyan Burqazov üzərində 9:0, 1/4 finalda isə Gürcüstan güləşçisi Luka Bolkvadze qarşısında eyni hesablı qələbə ilə başlayıb.
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu
0
0