Dünya Çempionatı: Əli Cavadlı yarımfinalda
28.07.2026 - 14:19
Dünya Çempionatı: Əli Cavadlı yarımfinalda

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.

Apasport.az xəbər verir ki, 45 kq çəki dərəcəsində çıxış edən güləşçimiz gürcüstanlı Luka Bolkvadzeyə tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəldi.

Əli daha əvvəl təsnifat mərhələsində Bolqarıstan təmsilçisi Oqnyan Burqazovu da 9:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmişdi. 

Qeyd edək ki, U-17 dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir.

Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi mübarizə aparır. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.