Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli Bakıda keçirilən U-17 dünya çempionatında yarımfinala yüksəlib.
Apasport.az xəbər verir ki, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda Özbəkistan təmsilçisi Sardor Mahmudovu 9:0 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Həbibli mundialda keçirdiyi əvvəlki görüşlərdə təsnifat mərhələsində Çexiya güləşçisi Qaspar Sançezi 8:0, 1/8 finalda isə Rumıniya təmsilçisi Qabriel Lunqunu 18:9 hesabı ilə üstələmişdi.
Qeyd edək ki, U-17 dünya çempionatı Bakıda, Milli Gimnastika Arenasında keçirilir. Yarışda 60-dan çox ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
- Çimərlik güləşi: Millimizin heyəti bəlli oldu
- Dünya çempionatının sonuncu günündə 2 medal