Güləş üzrə Azərbaycan çempionatına start verilib
07.01.2026 - 19:47
Güləş üzrə Azərbaycan çempionatına start verilib

Bu gün güləş üzrə Azərbaycan çempionatına start verilib.

Apasport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82, 97 kq-da finalçılar müəyyənləşib.

55 kq 
Elmir Əliyev (Neftçi) – Rəşad Məmmədov (“Neftçi”, Şəmkir)

63 kq 
Ziya Babaşov (Neftçi) – Sakit Quliyev (Neftçi)

72 kq 
Fəraim Mustafayev (Neftçi) – Xalid Həsənov (Neftçi)

82 kq 
Elmin Əliyev (MOİK Lənkəran) – Tuncay Vəzirzadə (Neftçi)

97 kq 
Məhəmməd Əhmədiyev (Neftçi) – Murad Əhmədiyev (Neftçi)

Qeyd edək ki, sabah bu çəkilərdə qaliblər müəyyənləşəcək. Eyni zamanda 60, 67, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək. Çempionatın açılış mərasimi 17:00-da başlayacaq.