Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
Apasport.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfinfən keçirilən yarışda 70 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
Bu gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.
Nəticələrə əsasən Cahangir Əhmədov (45 kq), Əlcəfər Musayev (48 kq), Ələkbər Əsgərov (51 kq), Məcnun Abbasov (55 kq), Məhəmməd Hümbətov (60 kq), Toğrul Əlili (65 kq), Hüseyn Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Hüseyn Əliyev (92 kq) və Cəbrayıl Əhmədov (110 kq) müvafiq çəki dərəcələrində birinci olublar.
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB