
Azərbaycan güləş üzrə milli komandalarının Bakıda təlim-məşq toplanışına start verib.
Apasport.az xəbər verir ki, yunan-Roma və qadın güləşi üzrə yığmalarımız Dünya Olimpiya Təsnifat turnirinə hazırlaşır.
Yunan-Roma güləşi millimiz aprelin 25-dən taktiki-texniki çalışmalara başlayıb. Komanda mayın 7-dək Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçəcək.
Qadın güləşçilər məsul yarışa aprelin 28-də start veriblər. Xalça üzərində keçirilən məşqlərə mayın 8-də yekun vurulacaq.
Olimpiadada tam heyətlə iştirak hüququ qazanan sərbəst güləş millimiz aprelin 28-də hazırlığıa start verib. U-23 Avropa çempionatına və Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan toplanışda daha çox fiziki gücün və dözümlülüyün artırılmasıyla bağlı çalışmalara üstünlük verillir.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12-də İstanbulda təşkil ediləcək.
- III MDB Oyunları: Sərbəst güləşçilərimiz 7 medal qazanıblar - FOTO
- Güləşçimiz beynəlxalq turnirin qalibi olub
- Güləşçilərimiz beynəlxalq turnirdə iştirak edəcəklər
- Çimərlik güləşçiləri Dünya Seriyasının növbəti mərhələsinə qatılacaqlar
- Güləşçilərimizdən dünya çempionatında 2 qızıl və 1 bürünc medal - FOTO