Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 5 medal qazanıb
18.04.2026 - 21:55
Türkiyənin Antalya şəhərində “Çempionlar” turnirinə start verilib.
Apasport.az xəbər verir ki, U20 yaş qrupu üzrə keçirilən ənənəvi yarışın ilk günündə 5 güləşçimiz fəxri kürsüyə yüksəlib.
Sərbəst güləşdə Hacı Kərimov (70 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq çempion olub. Muhamməd İsmayılov (57 kq) isə bürünc medal qazanıb.
Yunan-Roma güləşində isə Roman Kərimov (67 kq) rəqiblərinə şans tanımayaraq fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Eyni çəkidə çıxış edən Murad Əliyev bürünc medalı boynundan asıb. Cavidan Nəhmətov (77 kq) isə turniri gümüş medalla başa vurub.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
0
0