Həftəsonu Mərakeşdə çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi baş tutacaq.
Apasport.az xəbər verir ki, Kasablanka çimərliyində baş tutacaq yarışda ölkəmizi 2 güləşçi təmsil edəcək.
Bu il sayca 3-cü dəfə keçiriləcək Dünya Seriyasının bu mərhələsində də əvvəlki kimi, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Vüsal Əliyev (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.
Sabah əvvəlcə ilkin mərhələdə mübarizə baş tutacaq və bütün qrup iştirakçıları müəyyənləşəcək. Daha sonra qrup mərhələsinin ilk 2 turunun görüşləri keçiriləcək. Bazar günü isə güləş həvəskarları qruplarda son qarşılaşmalara, ardınca pley-offa, ən sonda isə medallar uğrunda qarşılaşmalara şahidlik edəcək.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib