III MDB Oyunlarında güləş yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 60 güləşçi qələbə uğrunda mübarizə aparıb.
Gəncə Olimpiya İdman Kompleksində keçirilən yarışda millimiz 6 medal qazanıb. Güləşçilərimiz 3 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.
Təmsilçilərimizdən Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olmaqla, himnimizi səsləndiriblər.
Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) ikinci, Hikmət Haqverdiyev (55 kq) isə üçüncü yeri tutub.
Beləliklə, güləşçilərimiz ümumilikdə MDB Oyunlarında 20 (5 qızıl, 6 gümüş, 9 bürünc) medal qazanıb.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib