Albaniyanın paytaxtı Tiranada “Muhamet Malo” turniri davam edir.
Apasport.az xəbər verir ki, reytinq turnirinin ikinci günündə sərbəst güləş üzrə millinin 3 üzvü mübarizə aparıb və onların 1-i fəxri kürsüyə qalxıb.
Cəbrayıl Hacıyev (79 kq) 1/4 finalda iranlı Mohammad Aşğar Noxodilarimiyə 2:7 hesabıyla məğlub olsa da, təsəlliverici görüşdə gürcüstanlı Tariel Qafrindaşvilini “tuş”la, bürünc medal uğrunda görüşdə isə hindistanlı Saqar Caqlana 10:4 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Maqomedxan Maqomedov (97 kq) türkiyəli Rıfat Eren Qıdak (6:4) və amerikalı Conatan Leonard Aiellonu (13:2) mübarizədən kənarlaşdırsa da, yarımfinalda rusiyalı Muxamed-Taxir Xaniyevlə (0:10) bacarmayıb. Bu görüşdə zədələnən Maqomedov bürünc medal uğrunda görüşə çıxmayıb.
Giorgi Meşvildişvili (125 kq) türkmənistanlı Ziyamuhammet Saparova tam üstünlüklə (12:2) qalib gəlsə də, 1/4 finalda amerikalı Vayt Eviri Hendriksona 4:15 hesabıyla uduzub.
- Dörd güləşçimiz Dünya Seriyasında çıxış edəcək
- Prezident İlham Əliyev: İdmançılarımızın özlərini layiqincə aparmaları məni çox sevindirir
- Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
- Prezident: Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur
- Azərbaycan Prezidenti: İdmançılarımızda qələbə əzmi çox güclüdür