Güləşçimiz beynəlxalq turnirin qalibi olub
28.09.2025 - 17:24
Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
Apasport.az xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə təşkil edilən yarışda 10 ölkədən 200-dən artıq idmançı iştirak edilib.
Memoriala məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında qatılan milli üzvlərindən ikisi fəxri kürsüyə qalxıb.
Rəşad Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Məhəmməd Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.
Qeyd edək ki, turnirdə I dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyub.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib
0
0