Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız həlledici matçda iranlı Saeid Esmaili ilə qarşılaşıb.
Təmsilçimiz rəqibinə 3:8 hesabı ilə məğlub olaraq İslamiadanı gümüş medalla başa vurub.
***
13:58
Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayıblar.
Apasport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov yarımfinalda misirli Mohamed Abdelrehimlə qarşılaşıb.
Təmsilçimiz 4:1 hesabıyla qalib gələrək finala yüksəlib.
Həlledici görüşdə təmsilçimizin rəqibi iranlı Saeid Esmail olacaq.
Xatırladaq ki, daha əvvəl bu cütlük dünya çempionatının finalında üz-üzə gəlib. Görüş iranlı idmançının qələbəsi ilə yekunlaşıb - 1:2.
***
12:25
Azərbaycanın yunan-Roma güləşçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayıblar.
Apasport.az xəbər verir ki, Həsrət Cəfərov (67 kq) qırğızıstanlı Razzak Beişekeyevlə üz-üzə gəlib.
Təmsilçimiz 5:3 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
- Azərbaycanın qadınlardan ibarət güləş millisi Macarıstanda təlim-məşq toplanışına başlayıb
- Azərbaycan çempionatı: Yunan-Roma güləşi üzrə yarışa yekunlaşıb
- Ölkə çempionatı: Sərbəst güləş üzrə ilk finalçılar bəlli olub
- Azərbaycan çempionatının ilk medalçıları müəyyənləşib
- Ölkə çempionatı: Daha 5 çəkidə finalçılar müəyyənləşib