Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında güləş yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, “Ruh Ordo” mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda bu gün daha 6 çəkidə mübarizə baş tutub.
Bu gün də 4 güləşçimiz fəxri kürsüyə qalxıb.
Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüş medala sahib çıxıb.
Beləliklə, güləşçilərimiz Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurub.
Xatırladaq ki, dünən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq) Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb.
Yekunda yunan-Roma güləşi üzrə komandamız 1-ci, sərbəst güləş üzrə millimiz isə 2-ci yeri tutub.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib