III MDB Oyunları: Yunan-Roma güləşçilərimizdən üç qızıl medal
07.10.2025 - 19:45
Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, 10 çəki dərəcələri üzrə qaliblər bəlli olub.
Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olublar.
Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) - gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıblar.
- Prezident İlham Əliyev: Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq
- Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib
- AÇ: İki güləşçimiz qızıl medal qazandı - YENİLƏNİB
- İslam Bazarqanov: “Bu, mənim üçün çox prinsipial görüş idi”
- Xetaq Qazyumov ilin məşqçisi seçilib
0
0