İki güləşçimiz dünya üçüncüsü olub
18.08.2025 - 22:34
Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.
Nurlan Ağazadə (70 kq) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.
Yusif Dursunov (125 kq) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib. Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbəylə dünya üçüncüsü olub.
- Güləş üzrə ölkə çempionatında ikinci günün finalçıları müəyyənləşib
- Güləş üzrə Azərbaycan çempionatına start verilib
- Millinin baş məşqçisi: “Azərbaycan güləşi üçün hər zaman çalışmağa hazıram”
- Güləş üzrə milli komandanın baş məşqçisi göndərilib - RƏSMİ
- Güləş üzrə Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib
0
0