Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U23 Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, yarışın 5-ci günündə iki qadın güləşçimiz həlledici görüşə çıxıb.
Nərgiz Səmədova (53 kq) bürünc medal görüşündə türkiyəli Şevval Çayıra uduzaraq (0:12) beşinci yerlə kifayətlənib.
Ruzanna Məmmədovanın (62 kq) final görüşü gərgin mübarizə şəraitində keçib. Rusiyalı Amina Tandelovaya 3:5 hesabıyla məğlub olan güləşçimiz gümüş medalı boynundan asıb.
Beləliklə, millimiz qitə birinciliyini 3 medalla başa vurub. Xatırladaq ki, ötən gün Günay Qurbanova (59 kq) qızıl, Gültəkin Şirinova (55 kq) isə gümüş medal qazanıb.
- Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
- Firuddin Qurbanovun 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib
- Azərbaycanı dünya çempionatında 23 güləşçi təmsil edəcək
- Astarada Milli Qəhrəman Pəncəli Teymurovun xatirəsinə güləş yarışı keçirilib
- İki güləşçimizdən medal