Millimizin heyəti açıqlandı
12.07.2026 - 12:13
Millimizin heyəti açıqlandı

Azərbaycanın 17 yaşadək güləşçilərdən ibarət milli komandalarının Bakıda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) dərc etdiyi iştirak ərizəsinə Azərbaycanın 29 idmançısı daxil edilib.

Onlardan 10-u sərbəst, doqquzu qadın, 10-u isə yunan-Roma güləşində mübarizə aparacaq. UWW heyətlərdə dəyişikliklərin mümkün olduğunu qeyd edib. 

Sərbəst güləş:
45 kq - Tunar Həsənov
48 kq - Hüseyn Rzazadə
51 kq - İbrahim Həsənov
55 kq - Abbas Şəfiyev
60 kq - Elcan Həsənov
65 kq - Rəşid Nəzərov
71 kq - Tunar Quliyev
80 kq - Nihad Süleymanlı
92 kq - Elgün Kərimli
110 kq - Hakim Tağıyev. 

Qadın güləşi:
40 kq - Gülxanım Şirinova
43 kq - Məryəm Əmralı
46 kq - Nuray Cəfərli
49 kq - Xədicə Qurbanzadə
53 kq - Fatimə Bayramova
57 kq - Ülviyyə Musayeva
61 kq - Fidan Babayeva
65 kq - Rana Nuriyeva
69 kq - Simurə Abdullayeva. 

Yunan-Roma güləşi:
45 kq - Əli Cavadlı
48 kq - Ömər Salmanov
51 kq - Əbdürrəhman Hüseynli
55 kq - Qurban Məcnunov
60 kq - Elmir Çərkəzov
65 kq - Orxan Həbibli
71 kq - Əli Məmmədov
80 kq - İsfahan Həsənov
92 kq - Zöhrab Səfərov
110 kq - Məhəmməd Mustafayev. 

U-17 dünya çempionatı iyulun 27-dən avqustun 2-dək Milli Gimnastika Arenasında keçiriləcək. Yarış yunan-Roma güləşi ilə başlayacaq, daha sonra qadın güləşi üzrə qarşılaşmalar təşkil olunacaq. Turnir sərbəst güləşçilərin mübarizəsi ilə yekunlaşacaq.