Azərbaycan Peşəkar Boks Federasiyasında struktur dəyişikliyi baş verib.
Apasport.az xəbər verir ki, qurumun prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli seçilib.
Vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycanın Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.
Qeyd edək ki, yeni rəhbərliyin əsas məqsədi federasiyanın fəaliyyətini bərpa etmək, ölkədə peşəkar boksun inkişafına təkan vermək və beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Həmçinin Azərbaycanda beynəlxalq səviyyəli turnirlərin təşkili, gənc istedadların dəstəklənməsi və yerli boksçuların beynəlxalq arenada təmsilçiliyinin artırılması planlaşdırılır.