Azərbaycan daha bir boksçusu Budvada U-17 Avropa çempionatının qalibi olub.
Apasport.az xəbər verir ki, Məhəmmədəli İstamov (57 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Con Elamı (İngiltərə) məğlub edib - 4:1 (29:28, 30:27,28:29, 29:28, 29:28.
Beləliklə, milli komandamız U-17 Avropa çempionatını 8 (2-3-3) medalla başa vurub. İstamovdan öncə Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) bürünc mükafata sahib olublar.
Qeyd edək ki, çempionatda 40 ölkədən 473 (314 oğlan, 159 qız) idmançı mübarizə aparırdı.
- Avropa çempionatı: Millimizinin daha iki üzvü yarımfinalda
- Avropa çempionatı: İki boksçumuz yarımfinalda
- Azərbaycan boksçusu ilə döyüşdə erməni rəqibi diskvalifikasiya olunub
- Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
- Avropa çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub