Təmsilçilərimizdən 4 medal
19.04.2026 - 22:46
Türkiyənin Antalya şəhərində 20 yaşadək güləşçilər arasında keçirilən "Çempionlar" beynəlxalq turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 4 güləşçisi fəxri kürsüyə yüksəlib.
Sərbəst güləş yarışlarında Nurlan Ağazadə (74 kq) bürünc medala sahib çıxıb.
Yunan-Roma güləşçilərinin mübarizəsində 87 kq çəki dərəcəsində qüvvəsini sınayan Orxan Hacıyev gümüş, Abdullah Həsənov isə bürünc mükafat qazanıb.
Qadın güləşində isə ölkəmizi təmsil edən Esra Məmmədli (53 kq) turniri üçüncü pillədə başa vurub.
- Azərbaycan güləşçilərindən beynəlxalq turnirdə 8 medal
- Millimiz dünya çempionatına Bakıda hazırlaşır
- Bakı Güləş Məktəbinə 47 şagird qəbul olunub
- Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
- Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib
0
0