Təmsilçimiz Avropa çempionatında bürünc medal qazanıb
12.04.2025 - 23:26
Güləş üzrə Avropa çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 6-cı günündə yunan-Roma güləşində ilk medalçılar bəlli olur.
İslam Abbasov (87 kq) 3-cü yer uğrunda görüşdə Yaroslav Filçakovu (Ukrayna) sınağa çəkib. İdmançımız 2:1 hesabı ilə qalib gələrək, bürün medalın sahibi olub.
Qeyd edək ki, sabah 3 yunan-Roma güləşçimiz yarımfinalda mübarizə aparacaq.
- Azərbaycanın sərbəst güləş millilərində yeni məşqçi təyinatları olub
- Millinin baş məşqçisi Vyetnamda təlim keçib
- Azərbaycanın güləş yığmaları hazırlıqları müxtəlif bölgələrdə davam etdirirlər
- Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib
- Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib
0
0