Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsi keçiriləcək.
Apasport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışlarda 2008-ci ilədək təvəllüdlü yeniyetmələr iştirak edəcək.
Həm oğlanların, həm də qızların turnirində 6 komanda mübarizə aparacaq. Oğlanlar arasında ölkə birinciliyinin final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb.
Qızların mübarizəsində isə həlledcici mərhələdə paytaxtın 3 komandası, eləcə də Şirvan, Gəncə və Göygöl həndbolçuları fəxri mükafat uğrunda yarışacaq.
Yarışın reqlamentinə görə komandalar 2 qrupda mübarizə aparacaq və ilk iki yeri tutanlar pley-offa vəsiqə qazanacaq.
Qeyd edək ki, final mərhələsi iyunun 28-30-da “AHF Arena” idman kompleksində keçiriləcək.