"Kür" heyətini yeni oyunçu ilə gücləndirib
28.11.2025 - 14:56
Qadın həndbolçulardan ibarət "Kür" komandası heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Mingəçevir təmsilçisi monteneqrolu Esma Muratoviçlə müqavilə imzalayıb.
Ölkəsinin "Danilovqrad" klubunun yetirməsi olan 29 yaşlı həndbolçu karyerası ərzində müxtəlif illərdə Portuqaliya, Türkiyə, İsrail, Kosovo, İtaliya və Yunanıstan çempionatlarında çıxış edib. Onun sonuncu klubu "Qorçe Petrov" (Şimali Makedoniya) olub.
Qeyd edək ki, Muratoviç "Kür"ün heyətində 7 nömrəli formanı geyinəcək.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib
0
0