Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə startı veriləcək Mərkəzi Asiyanın Açıq Çempionatında bu gün ilk matçını keçirəcək.
Apasport.az xəbər verir ki, təmsilçimiz saat 10:30-da yerli OKMK klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparacaq. Turnirdə yığmamızla yanaşı, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan təmsilçiləri mükafatlar uğurunda yarışacaq. Millimiz Qazaxıstanın ALMATA REGİON, Özbəkistanın ROPSTTM və OKMK klubları ilə birgə A qrupunda mübarizə aparacaq.
Qrup mərhələsində ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcək.