Azərbaycanın qadınlardan ibarət həndbol millisi Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Mərkəzi Asiyanın Açıq Çempionatında növbəti qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, yığma təşkilatçı ölkənin ROPSTTM klubu ilə qarşılaşıb.
Görüş Azərbaycan təmsilçisinin 39:31 (20:18) hesablı qələbəsi ilə yekunlaşıb. Yığma ötən gün Özbəkistanın OKMK klubunu məğlub etmişdi - 30:28 (18:13).
Qeyd edək ki, mayın 21-dək davam edəcək yarışda 9 komanda mübarizə aparır. Yığmamız A qrupunda növbəti matçını Qazaxıstanın ALMATA REGİON klubuna qarşı keçirəcək. Qruplarda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Turnirə mayın 21-də yekun vurulacaq.
- “Azəryol” belaruslu baş məşqçi ilə yeni müqavilə bağlayıb
- İsgəndər Əsgərov Bolqarıstan - Türkiyə matçına təyinat alıb
- Həndbol üzrə Azərbaycan çempionatlarında III turun oyunları keçirilib
- Azərbaycanın Əməkdar məşqçisi vəfat edib
- Həndbol üzrə Azərbaycan çempionatlarında 2025/2026 mövsümünə start verilib