Azərbaycan şahmatçıları Qran-Pri turnirində liderliyə yüksəliblər
12.08.2008 - 10:11
Bakı. Kənan Həsənov - APA-Sport. Rusiyanın Soçi şəhərində təşkil olunan şahmat üzrə Qran-Pri turnirinin ikinci mərhələsi çərçivəsində X turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, hesabat turu Azərbaycan milli komandasının üzvləri üçün uğurlu alınıb. Teymur Rəcəbov çexiyalı David Navaranı, Vüqar Həşimov isə qətərli Məhəmməd Əl Modiakini məğlub edərək liderliyə yüksəliblər. Levon Aronyan (Ermənistan) İvan Çeparinova (Bolqarıstan), Boris Qelfand (İsrail) Vasili İvançuka (Ukrayna), Sergey Karyakin (Ukrayna) Pyotr Svidlerə (Rusiya) qalib gəlib. Dmitri Yakovenko (Rusiya) - Qata Kamski (ABŞ), Aleksandr Qrişuk (Rusiya) - Van Yue (Çin) qarşılaşmalarında heç-heçə qeydə alınıb. On oyundan sonra turnir cədvəlinə 6 xalla T. Rəcəbov, V. Həşimov, V. Yue və L. Aronyan başçılıq edir. Bu gün XI turun oyunları keçiriləcək: L. Aronyan - B. Qelfand, V. İvançuk - T. Rəcəbov, S. Karyakin - İ. Çeparinov, D. Navara - A. Qrişuk, V. Yue - Q. Kamski, D. Yakovenko – V. Həşimov, M. Ə. Modiaki - P. Svidler.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0