Azərbaycan güləşçisi Pekin Olimpiadasında gümüş medal qazanıb
12.08.2008 - 14:02
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvü Rövşən Bayramov XXIX Pekin Yay Olimpiya Oyunlarında gümüş medalla kifayətlənməli olub. “APA-Sport” agentliyinin məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan pəhləvanımız finalda rusiyalı Nazir Mankiyevə uduzub. 21 yaşlı pəhləvanımız hər iki hissədə hesabda önə keçsə də, üstünlüyünü qoruya bilməyib. Nəticədə 6:5 hesablı qələbə qazanan N. Mankiyev Rusiyanın Pekin Olimpiadasında ilk qızıl medalını qazanıb.
Qeyd edək ki, R. Bayramov finaladək Misir, Kuba və Ermənistan güləşçilərini məğlub edib.
Qeyd edək ki, R. Bayramov finaladək Misir, Kuba və Ermənistan güləşçilərini məğlub edib.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0