Azərbaycanın daha bir güləşçisi gümüş medala sahib çıxıb
12.08.2008 - 14:56
Azərbaycanın daha bir güləşçisi gümüş medala sahib çıxıb
«APA-Sport» agentliyinin məlumatına görə, 60 kq çəkidə yarışan 24 yaşlı pəhləvanımız finalda İslambek Albiyevə (Rusiya) uduzub. Həlledici görüşədək rəqiblərinə xal vermədən irəliləyən İ. Albiyev həmyerlimizə də heç bir şans tanımayıb. Cəmi iki hissə davam edən görüşdə rusiyalı güləşçi qələbə qazanıb – 2:0, 4:0. Bununla da, Rusiyanın daha bir «klassik» güləşçisi finalda azərbaycanlı pəhləvanı yenərək, qızıl medala sahib çıxıb. Bürünc medalları isə Ruslan Tümenbayev (Qırğızıstan) və Nurbakit Tengizbayev (Qazaxıstan) əldə edib.
Bu gün döşək üzərinə çıxan digər güləşçimiz Rövşən Bayramov (55 kq) da finalda məhz qonşu ölkə idmançısı Nazir Mankiyevə uduzaraq, gümüş medalla kifayətlənib. Rusiya təmsilçiləri isə məhz azərbaycanlı güləşçilər üzərində qələbələr sayəsində Olimpiadada iki qızıl medallara yiyələniblər.
Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 2 gümüş medal var.
0