Elçin Cəfərov: “Güləşçilərimizin Pekin Olimpiadasında ilk cəhddəcə iki gümüş medal qazanması yaxşı göstəricidir”
12.08.2008 - 17:37
Elçin Cəfərov: “Güləşçilərimizin Pekin Olimpiadasında ilk cəhddəcə iki gümüş medal qazanması yaxşı göstəricidir”
Pekin. Elşən Məmmədov – APA-Sport. “Güləşçilərimizin Pekin Olimpiadasında ilk cəhddəcə iki gümüş medal qazanması yaxşı göstəricidir”. “APA-Sport”un məlumatına görə, bu sözləri Gənclər və İdman Nazirliyinin rəsmi internet saytına açıqlamasında yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elçin Cəfərov deyib. O, Rövşən Bayramov (55 kq) və Vitali Rəhimovun (60 kq) Pekin Yay Olimpiya Oyunlarının finalında məğlubiyyətlərinə həlledici mərhələyədək bir neçə ağır görüş keçirmələrini səbəb göstərib: “Rəqiblər çox güclü idi. Təkcə Rəhimovun rəqiblərinin medallarını bir vaqona yığsan, aparmaq olmaz. Onları oyundan kənarlaşdırmaq, finala qədər yüksəlmək çox çətin idi. Deyə bilərəm ki, Vitali ən ağır qrupa düşmüşdü. Amma, o, həlledici qarşılaşmayadək irələliməyi bacardı. Rövşənə gəldikdə isə, finalda həm özünün, həm də rəqibinin yerinə yarışdı. Rusiyalı demək olar ki, heç yarışmadı”.
0