Azərbaycan cüdoçusu Mövlud Mirəliyev Pekin Olimpiadasında bürünc medal qazanıb
14.08.2008 - 15:30
Azərbaycan cüdoçusu Mövlud Mirəliyev Pekin Olimpiadasında bürünc medal qazanıb
M.Mirəliyev bu görüşdə də ippon sayəsində qələbə qazanıb. Püşkə əsasən, həmyerlimiz 1/4 finalda rumıniyalı Daniel Brata ilə qüvvəsini sınayıb. Bu dəfə də M.Mirəliyev rəqibini açıq-aşkar üstələyib. Vazari və yuka fəndləri işlədən cüdoçumuz bununla da, yarımfinala vəsiqə qazanıb.Yarımfinalda təmsilçimizin rəqibi Monqolustan cüdoçusu Tuvşinbayar Naydan olub. Finalın bir addımlığında rəqibinə məğlub olan M. Mirəliyev 3-cü yer uğrunda görüşdə polşalı Prjemislav Matyaseklə qarşılaşıb. Bürünc mükafat uğrunda rəqibini yuka və vazari fəndləri ilə qalib gələn idmançımız Azərbaycana 4-cü medalı qazandırıb.
Qeyd edək ki, buna qədər Pekin Olimpiadasında tatami üzərinə çıxan 5 cüdoçumuzdan yalnız biri Elnur Məmmədli (73 kq) qızıl medal əldə edib. Ramil Qasımov (66 kq), Mehman Əzizov (81 kq), Elxan Məmmədov (90 kq), eləcə də Kifayət Qasımova (57 kq) fəxri kürsüyə yüksələ bilməyib.
0