Azərbaycan Qılıncoynatma Federasiyası ölkənin idman ictimaiyyətinə müraciət edib
14.08.2008 - 17:34
Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) ölkənin idman ictimaiyyətinə müraciət edərək, milli komandanın baş məşqçisi postundan uzaqlaşdırılan Yaşar Məmmədovun ittihamlarına münasibət bildirib. “APA-Sport” agentliyinin məlumatına görə, Y. Məmmədov mətbuata açıqlamasında istefaya qeyri-qanuni üsulla göndərildiyini bildirməklə yanaşı, federasiya rəhbərliyini etinasızlıqda qınayıb. AQF-in vitse-prezidentlərindən biri olsa da, federasiya prezidentinin keçirdiyi kollegial iclasa dəvət almadığını qeyd edən sabiq baş məşqçi yığıncaqda Tahir Akimovun yeni baş məşqçi kimi təqdim olunmasına diqqət çəkib. Federasiyanın baş məşqçi təyin etmək hüququnun olmadığını bildirən Y. Məmmədovun sözlərinə görə, məşqçi təyin etmək Gənclər və İdman Nazirliyinin səlahiyyətindədir. Sabiq baş məşqçi AQF-in yeni rəhbərliyinin qılıncoynatma zalının təmirini hələ də başa çatdırmadığını, son yeddi ay ərzində, demək olar ki, heç bir iş görmədiyini, inventarlaşdırma işini başa çatdırmadığını və digər problemləri hələ də həll etmədiyini vurğulayıb.
Bir qrup məşqçinin imzaladığı müraciətdə isə Y. Məmmədovun sözlərinin həqiqəti əks etdirmədiyi qeyd olunub: “Azərbaycan qılıncoynatması inkişaf yolundadır. Nazim İbrahimov federasiya prezidenti seçildikdən sonra hər şey yenidən bərpa olunur. Federasiyanın zalı təmir edilib, yeni idman inventarları alınıb, inkişaf üçün mütəxəssislər işə cəlb olunub. Komandaya əcnəbi mütəxəssisin gətirilməsi məsələsi müzakirə olunarkən isə xaricdə işləyən azərbaycanlı mütəxəssis Tahir Akimovun dəvət olunması qərara alındı”. Məşqçilər korpusunun gəncləşdirilməsinin zəruriliyi vurğulanan müraciətdə Y. Məmmədovun gənclər və idman naziri Azad Rəhimovun qəbulunda olduğu və son qərarla razılaşdığını bildirdiyi qeyd olunub: “Yığma məşqçilərinin yarısı bu görüşdə iştirak edib. Hazırda məşqçilər şurası yaradılıb. Yaşar Məmmədovun da bu işdə onlara dəstək olacağına inanırdıq. Lakin uzun illər Azərbaycan idmanına xidmət edən mütəxəssisin inkişafa kömək etməyib, başqa yolla getməsi təəccüb doğurur”.
Qeyd edək ki, Yaşar Məmmədov 36 il Azərbaycan milli komandasının baş məşqçisi olub.

- Atıcılıq Federasiyası “ilin ən yaxşı”larını mükafatlandırıb
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
0
0