Azərbaycan üzgüçüsü Tural Abbasov Pekin Olimpiadasını 78-ci pillədə başa vurub
14.08.2008 - 17:35
Bakı. Kənan Həsənov - APA-Sport. Üzgüçülük üzrə Azərbaycan milli komandasının son üzvü Tural Abbasov da XXIX Pekin Yay Olimpiya Oyunlarında çıxışını erkən başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, 18 yaşlı idmançı 50 metr məsafəyə sərbəst üsulla üzmədə təsnifat mərhələsini adlaya bilməyib. Bu məsafəni 26,31 saniyəyə qət edən həmvətənimiz yer aldığı qrupda finişə dördüncü çatıb. T.Abbasov yekunda 97 idmançı arasında 78-ci sırada qərarlaşıb.
Qeyd edək ki, Pekin Olimpiadasına qatılmış digər üzgüçümüz Oksana Hətəmxanova 100 m məsafəyə brass üsulu ilə yarışda 46-cı yeri tutmuşdu.
Qeyd edək ki, Pekin Olimpiadasına qatılmış digər üzgüçümüz Oksana Hətəmxanova 100 m məsafəyə brass üsulu ilə yarışda 46-cı yeri tutmuşdu.
- Atıcılıq Federasiyası “ilin ən yaxşı”larını mükafatlandırıb
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
0
0