Azərbaycan atleti Ruslan Abbasov Pekin Olimpiadasında mübarizəni erkən dayandırıb
15.08.2008 - 10:06
Bakı. Kənan Həsənov - APA-Sport. XXIX Pekin Yay Olimpiya Oyunlarında atletika yarışları start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün Azərbaycan milli komandasının bir üzvü mübarizəyə qoşulub. 100 m məsafəyə qaçışda iştirak edən Ruslan Abbasov 10,58 saniyəlik nəticə ilə yer aldığı qrupda 8 idmançı arasında 5-ci olub. Bununla da həmyerlimiz təsnifat mərhələsini adlaya bilməyib. Növbəti mərhələyə isə ilk üç yeri tutan idmançılar yüksəliblər.
Qeyd edək ki, digər atletimiz Ramil Quliyev (200 m) avqustun 19-da qüvvəsini sınayacaq.
Qeyd edək ki, digər atletimiz Ramil Quliyev (200 m) avqustun 19-da qüvvəsini sınayacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0