ABŞ üzgüçüsü 12-ci dəfə olimpiya çempionu olub
15.08.2008 - 11:11
Pekin. Elşən Məmmədov - APA-Sport. ABŞ üzgüçüsü Maykl Felps Çinin paytaxtı Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarının altıncı dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı idmançı son medalına 200 metr məsafəyə kompleks üzgüçülük üzrə yarışda yiyələnib. Bu məsafəni 1:54.23 dəqiqəyə üzən M.Felps həm də yeni dünya rekordu müəyyənləşdirib. O, ikinci yeri tutan Laslo Çexi (Macarıstan) 2,29 saniyə geridə qoyub. Beləliklə, amerikalı üzgüçü Pekində altıncı, karyerasında isə 12-ci dəfə olimpiya çempionu olub. Üzgüçü növbəti uğurdan sonra jurnalistlərə belə açıqlama verib: “Mənim telefonuma bu gün 80 mesaj gəlib. Bunlardan ən maraqlısını yazan dostlarımdan biri məndən soruşur: “Əzizim, bir gün ərzində sənin çirkin sifətini televizorda neçə dəfə görəcəyik?”
Qeyd edək ki, M.Felps 4 il öncə Afinada keçirilən yay olimpiya oyunlarında 6 qızıl və 2 gümüş medala sahib çıxıb.
Qeyd edək ki, M.Felps 4 il öncə Afinada keçirilən yay olimpiya oyunlarında 6 qızıl və 2 gümüş medala sahib çıxıb.
0
0