Sabah Azərbaycan olimpiya yığmasının ikinci heyəti Pekinə yola düşəcək
15.08.2008 - 12:24
Onun sözlərinə görə, çarter reysi ilə səfərə gedəcək 41 nəfərlik heyətdə idmançılar, məşqçilər, rəsmi şəxslər və turistlər yer alıblar. Pekinə idmançı qismində taekvondoçu Rəşad Əhmədov (80 kq), bədii gimnastlar Aliyə Qarayeva və Dinarə Gimatova, qrup hərəkətləri üzrə yığmamızın üzvləri Vəfa Hüseynova, Alina Tryopina, Anna Bitiyeva, Anastasiya Prosolova, Valeriya Yeqay, Dina Qorina, eləcə də uşu üzrə müsabiqədənkənar yarışa qatılacaq Sənan Haqverdiyev (56 kq) və Elşad İbrahimov (85 kq) aparılacaq. Digər taekvondoçumuz Təvəkkül Bayramov da Çinin paytaxtına yola düşəcək. O, R.Əhmədova məşq zamanı sınaqçı-rəqib kimi kömək edəcək və hər hansı problem yaranarsa, onu əvəzləyəcək. Məşqçilər heyətində Ələkbər İmaməliyev (taekvondo), Marina Vasilyeva, Natalya Nərimanova, Marina Qovorova və Nadejda Xolodkova (hamısı bədii gimnastika) var. Rəsmi şəxslərin tərkibi isə Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev, Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov və “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqovdan ibarətdir.
Pekinə uçacaq təyyarə geri qayıdarkən olimpiadada çıxışlarını başa vurmuş idmançılarımızı Vətənə gətirəcək. Bakıya dönənlər arasında olimpiadanın bürünc mükafatçısı cüdoçu Mövlud Mirəliyev (100 kq), həmçinin fəxri kürsüyə yüksələ bilməyən həmyerlilərimiz də olacaq. Eyni zamanda, baş məşqçilər Elçin Cəfərov (yunan-Roma güləşi), Ağayar Axundzadə (cüdo), Hafiz Cəfərov (stend atıcılığı) və Vaqif Nəsibov (üzgüçülük) da ölkəmizə qayıdacaqlar. Bakıya sabah saat 22:40-da enəcək təyyarədə Gürcüstanın 11 idmançısı da olacaq. Qonşu ölkənin təmsilçiləri Gürcüstandakı hərbi vəziyyətə görə uçuşun təhlükəli olduğunu nəzərə alaraq, Bakıdan Tiflisə quru nəqliyyat vasitəsi ilə yollanacaqlar.

0
0