Azərbaycan olimpiya yığmasının ikinci heyəti bu gün Pekinə yollanıb
16.08.2008 - 10:14
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün səhər Azərbaycanın olimpiya yığmasının ikinci, eyni zamanda sonuncu heyəti XXIX Yay Olimpiya Oyunlarının keçirildiyi Çinin paytaxtı Pekinə yollanıb. “APA-Sport” agentliyinin məlumatına görə, səfərə 3 növ üzrə 11 idmançı - taekvondoçu Rəşad Əhmədov (80 kq), bədii gimnastlar Aliyə Qarayeva və Dinarə Gimatova, qrup hərəkətləri üzrə yığmamızın üzvləri Vəfa Hüseynova, Alina Tryopina, Anna Bitiyeva, Anastasiya Prosolova, Valeriya Yeqay, Dina Qorina, eləcə də uşu üzrə müsabiqədənkənar yarışa qatılacaq Sənan Haqverdiyev (56 kq) və Elşad İbrahimov (85 kq) gediblər. Daha bir taekvondoçu Təvəkkül Bayramov isə Pekinə R.Əhmədovun sınaqçı-rəqibi kimi aparılıb. Lazım gələcəyi təqdirdə məhz T.Bayramov olimpiadada qüvvəsini sınayacaq. Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətində ümumilikdə 41 nəfər yer alıb. İdmançılarla yanaşı, məşqçilər, rəsmi şəxslər və turistlər də Çinə yola düşüblər.
Pekinə uçan təyyarə bu axşam Bakıya qayıdacaq. Bu reyslə olimpiadada çıxışlarını başa vurmuş idmançılarımız, o cümlədən yarışın bürünc mükafatına layiq görülmüş cüdoçu Mövlud Mirəliyev (100 kq) Vətənə dönəcək. Paytaxtımıza Pekindən Gürcüstanın 11 idmançısı da təşrif buyuracaq. Onlar Gürcüstandakı hərbi vəziyyətlə əlaqədar uçuşun təhlükəli olduğunu nəzərə alaraq, Bakıdan Tiflisə quru nəqliyyat vasitəsi ilə gedəcəklər.

0
0