Mariya Stadnik Pekin Olimpiadasında Azərbaycana daha bir medal qazandırıb - YENİLƏNIB
16.08.2008 - 12:51
Rəqibi finaladək irəlilədiyindən M. Stadnik təsəlliverici mərhələyə qatılmaq imkanına yiyələnib. Avropa çempionumuz olimpiadanın bürünc medalı uğrunda ilk görüşdə koreyalı Hyunq-Yo Kimi üstələyib - 1:0; 3:2. 20 yaşlı pəhləvanımız həlledici görüşünü Tatyana Bakatyuka (Qazaxıstan) qarşı keçirib. İlk hissədə 2:1 hesabı ilə üstün olan M. Stadnik növbəti hissədə 8 xal qazanaraq, vaxtından əvvəl qalib gəlib. Beləliklə, xanım idmançımız yay olimpiya oyunlarında üçüncü yeri tutaraq, Azərbaycana 5-ci medalı qazandırıb.
Digər güləşçimiz Yelena Komarova (55 kq) isə olimpiada ilə erkən vidalaşıb. O, 1/8 finalda dünya çempionatının bürünc mükafatçısı rusiyalı Natalya Qoltsla bacarmayıb. N. Qolts 1/4 finalda məğlub olduğundan Y. Komarova təsəlliverici mərhələdə iştirak etmək şansını da itirib.
Qeyd edək ki, idmançılarımızdan cüdoçular Elnur Məmmədli (73 kq) qızıl, Mövlud Mirəliyev (100 kq) bürünc, yunan-Roma güləşçiləri Rövşən Bayramov (55 kq) və Vitali Rəhimov (60 kq) isə gümüş medala sahib çıxıblar.

0
0