Pekin Olimpiadasının finalında Azərbaycan güləşçilərini məğlub edən Rusiya idmançılarının adı fəvvarəyə verilib
19.08.2008 - 11:08
Bakı. Kənan Həsənov - APA-Sport. Moskvada iki fəvvarəyə XXIX Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçilərin adı verilib. “APA-Sport” agentliyinin məlumatına görə, yunan-Roma güləşçiləri Nazir Mankiyevlə İslambek Albiyev olimpiadanın finalında Azərbaycan milli komandasının üzvləri Rövşən Bayramovla Vitali Rəhimova qalib gəlib. Bu, Rusiyanın olimpiya oyunlarında ilk ən yüksək əyarlı mükafatı olub. Şəhər rəhbərliyi ümumilikdə 98 fəvvarə inşa etdirib və onlara olimpiya çempionlarının adlarının verilməsini nəzərdə tutub.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0