Azərbaycan güləşçisi Zəlimxan Hüseynov Pekin Yay Olimpiadasında bürünc medalın bir addımlığındadır
19.08.2008 - 12:40
Bakı. Kənan Həsənov – APA-Sport. Sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Zəlimxan Hüseynov XXIX Pekin Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda mübarizəni davam etdirir. “APA-Sport” agentliyinin məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz təsəlliverici mərhələ çərçivəsində keçirdiyi ilk görüşdə olimpiya çempionu Yandro Migel Ribalta Kintananı (Kuba), ardınca isə Muzat Ramazanovu (Makedoniya) məğlub edib. Z. Hüseynov bürünc medal qazanmaq üçün daha bir görüş keçirməlidir. Rusiyalı legionerimiz Seyidmurad Məhəmmədini (İran) məğlub edəcəyi halda, olimpiadanı üçüncü pillədə başa vuracaq.
Qeyd edək ki, Z. Hüseynov ilk görüşdə olimpiya, dünya və Avropa çempionu Mavlet Batırova (Rusiya) məğlub olub. Rusiyalı güləşçi finaladək irəlilədiyindən, pəhləvanımız təsəlliverici qarşılaşmalara qatılmaq hüququ əldə edib.
Qeyd edək ki, Z. Hüseynov ilk görüşdə olimpiya, dünya və Avropa çempionu Mavlet Batırova (Rusiya) məğlub olub. Rusiyalı güləşçi finaladək irəlilədiyindən, pəhləvanımız təsəlliverici qarşılaşmalara qatılmaq hüququ əldə edib.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
0
0