Pekin Olimpiadasında sabah mübarizəyə qoşulacaq daha iki Azərbaycan sərbəst güləşçisinin rəqibləri müəyyənləşib
19.08.2008 - 15:06
Bakı. Kənan Həsənov - APA-Sport. Sabah XXIX Pekin Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq daha iki Azərbaycan sərbəst güləşçisinin rəqibləri müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, 66 kq çəkidə çıxış edəcək Emin Əzizov ilk görüşünü 1/16 finalda ciddi uğuru olmayan Qreqori Sarrasinə (İsveçrə) qarşı keçirəcək. Olimpiadanda medal qazanmağa əsas namizədlərdən sayılan Çamsulvara Çamsulvarayev (74 kq) isə mübarizəyə 1/8 finaldan qoşulacaq. Avropa və dünya çempionatlarının bürünc mükafatçısı olan rusiyalı legionerin rəqibi, analoji yarışların gümüş medalçısı Murad Qaydarov (Belarus) olacaq.
Qeyd edək ki, bu gün döşək üzərinə çıxan milli güləşçilərimiz Namiq Sevdimovla (55 kq) Zəlimxan Hüseynov (60 kq) olimpiya oyunlarını 5-ci pillədə başa vurublar.
Qeyd edək ki, bu gün döşək üzərinə çıxan milli güləşçilərimiz Namiq Sevdimovla (55 kq) Zəlimxan Hüseynov (60 kq) olimpiya oyunlarını 5-ci pillədə başa vurublar.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
0
0